Ötən il ərzində gömrük orqanları tərəfindən 9206 hüquqpozma faktı aşkarlanıb

Ötən il ərzində gömrük orqanları tərəfindən 9206 hüquqpozma faktı aşkarlanıb
13:38 9 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
2015-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu faktlardan 574-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb.
Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub.
Bu faktlar üzrə ümumilikdə 91 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kiloqram 552 qram tiryək, 42 kiloqram 250 qram marixuana, 29 kiloqram 574 qram həşiş, 12 kiloqram 248 qram heroin, 331 qram metadon, 57,185 qram kokain, 103,706 qram metamfetamin, 200 həb tilidin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 12,714 qram klonazepam,1 kiloqram 282 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
2015-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər: 220-i kişi və 30-u qadın olmaqla 213 Azərbaycan vətəndaşı və 37 xarici (33 İran, 3 Ukrayna, 1 Rusiya vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2015-ci il ərzində 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və sair) keçirilməsi cəhdinin qarşısı alınıb.
Hesabat dövründə kinoloji xidməti itlərin tətbiqi nəticəsində 19 fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37 qram marixuana, 1 kiloqram 850 qram heroin, 1,553 qram metadon, 0,405 qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.
2015-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunan 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 615 min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 048 manat olan mallar müsadirə edilib.
“Valyuta tənzimi haqqında” Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863 min 412 ABŞ dolları, 59 min 700 Avro, 4000 funt sterlinq, 10 milyon 737 min 400 rus rublu, 129 min 907 manat dəyərində qızıl zinət əşyaları, 1312 manat dəyərində 767,290 qram gümüş aşkar olunub.
Bundan əlavə 553 min 353 ədəd və 115 min 764 qutu petarda və digər pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63 ədəd odlu silah patronu, 1827 ədəd ov silahlarının sursat və ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42 min 551 ədəd pnevmatik silahin patronları, 257 ədəd soyuq silah, 63 min 565 qram patlayıcı maddələr, 897 ədəd televizor, 184 min 309 manat dəyərində 4887 ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil telefonların aksessuarları, 9855 manat dəyərində olan dərman vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kiloqramdan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatları və külli miqdarda digər mallar tutulub.
Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülüb, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2 milyon 311 min 095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Valyuta MƏZƏNNƏLƏRİ

26 Sentyabr 2017 09:38

Azərbaycan neftinin qiyməti 60 dolları ötüb

26 Sentyabr 2017 09:37

"Binə" Ticarət Mərkəzindən oğurluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

26 Sentyabr 2017 09:37

Azərbaycan nefti ilə bağlı

26 Sentyabr 2017 09:35

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.09.2017)

26 Sentyabr 2017 09:32

Deputat restoranda nahar etdi, 13 milyonluq hesab gəldi

26 Sentyabr 2017 09:28

TOVUZ: Avtomobil kanala aşdı

26 Sentyabr 2017 09:28

Düşmən atəşkəsi 152 dəfə pozub

26 Sentyabr 2017 09:28

"Yuventus"un əfsanəsi 45 yaşında karyerasını bərpa etdi

26 Sentyabr 2017 09:27

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

26 Sentyabr 2017 09:24

Gözəgörünməz bina tikiləcək

26 Sentyabr 2017 09:23

Cəbhədə gərginlik davam edir

26 Sentyabr 2017 09:23

Ermənilər atəşkəs rejimini 152 dəfə pozub

26 Sentyabr 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.09.2017)

26 Sentyabr 2017 09:22

Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

26 Sentyabr 2017 09:22

Dollar stabil qaldı

26 Sentyabr 2017 09:21

Futbolçudan boşandı, soyunaraq geri döndü - FOTOLAR

26 Sentyabr 2017 09:17

Bakı və Abşeronda 20 yaşayış məntəqəsi TƏHLÜKƏDƏ

26 Sentyabr 2017 09:14

Cəlilabadda mağaza yanıb

26 Sentyabr 2017 09:12

Məleykə Əsədova: "Xoşbəxt qadın deyiləm..."

26 Sentyabr 2017 09:10

Texnologiya "partlayan batareyalar"la işləyir - EHTİYATLI OLUN

26 Sentyabr 2017 09:08

Valverde Arda Turanın karyerasını bitirdi

26 Sentyabr 2017 09:07

Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

26 Sentyabr 2017 09:07

"Eurovision 2017"nin qalibi ölüm ayağındadır

26 Sentyabr 2017 09:03

“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - ŞOK TARİXİ FAKTLAR

26 Sentyabr 2017 08:58

Brent neftinin qiyməti 60 dollara yaxınlaşır

26 Sentyabr 2017 08:58

Tovuzda avtomobil kanala düşüb, xəsarət alanlar var

26 Sentyabr 2017 08:57

Bakıda məktəblini vuran motosiklet sürücüsü onu yaralı vəziyyətdə qoyaraq qaçıb

26 Sentyabr 2017 08:47

“Avroviziya”nın qalibi reanimasiyada - FOTO

26 Sentyabr 2017 08:43

ÇL: 2-ci tur başlayır

26 Sentyabr 2017 08:38

Filippin prezidentinin iqamətgahı yaxınlığında insanlara atəş açılıb

26 Sentyabr 2017 08:27

KXDR-da benzin sanksiyalara görə üç dəfə bahalaşıb

26 Sentyabr 2017 08:17

Dodaq uçuqları əslində bu səbəbdən yaranırmış

26 Sentyabr 2017 08:03

Azərbaycanlı opera müğənnisi Cənubi Koreyada konsert verəcək

26 Sentyabr 2017 07:52

Çempionlar Liqasında II tur həyəcanı

26 Sentyabr 2017 07:44

Gerçək olduğuna inanmayacağınız əfsanəvi FOTOLAR

26 Sentyabr 2017 07:38

Bakıda minik maşını ilə yük avtomobili toqquşub

26 Sentyabr 2017 07:32

Bu gün Çempionlar Liqasında II tura start veriləcək

26 Sentyabr 2017 07:12

Elmə məlum olmayan heyvan tapıldı - FOTOLAR

26 Sentyabr 2017 06:58

Rusiya qırıcıları İdlibdə yaraqlıların obyektlərinə on zərbə endirib

26 Sentyabr 2017 06:57

Sabirabadda ər arvadını bıçaqladı

26 Sentyabr 2017 06:54

Karyerasını bitirmiş qapıçının adı "Bavariya"nın ÇL üçün iştirak ərizəsinə daxil edib

26 Sentyabr 2017 06:37

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

26 Sentyabr 2017 06:17

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

26 Sentyabr 2017 06:03

Turist avtobusu yük maşınına çırpıldı - 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 05:59

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42

Daş dövrünə aid silahlar, qadınların bəzək əşyaları - FOTO

26 Sentyabr 2017 05:08

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

26 Sentyabr 2017 05:02

Cəlilabadda gənc ana intihar etdi

26 Sentyabr 2017 04:54

Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

26 Sentyabr 2017 04:42