Bakıda mağazadan 35 min manat oğurlayan tutuldu

Bakıda mağazadan 35 min manat oğurlayan tutuldu
14:08 9 Yanvar 2016
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Paytaxtda mağazadan pul oğurlayan şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 4-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə tutulub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR