​Sumqayıtda “Niva” gölə düşüb, sürücü boğulub ölüb

​Sumqayıtda “Niva” gölə düşüb, sürücü boğulub ölüb
23:32 9 Yanvar 2016
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Axşam saatlarında Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində gölə “Niva” markalı minik avtomobili düşüb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Nurəddin oğlu Həsənovun cəsədini və avtomobili batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:20-də başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR