Bakı, 11 fevral, AzərTAc
Göygöl Rayon Süni Mayalandırma Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi işləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ötən il mərkəzə 1ədəd maye azot çəni, 11ədəd dyuar qabı, 60 ədəd metal şpris və digər avadanlıqlar verilib.
Yeni süni mayalandırma mərkəzinin inşasının planlaşdırılmasına başlanılıb. Bu məqsədlə sahə ayrılıb və Fransadan mütəxəssislər dəvət olunub.