Müğənni Xumar Qadimova pulla gündəmini qorumağa çalışan sənətçilərdən danışıb.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "ATV maqazin onlarla" verilişinə açıqlama verən sənətçi hesab edir ki, həmin sənətçilərin pulları tükənsə, sənəti də dayanacaq:
"Sənətimə qəlbimi xərcləmişəm. Pullar xərcləyib gündəmə gələnlər bir azdan olmayacaqlar. Sənəti olmayanlar nə vaxta qədər pul xərcləyəcəklər? Pulu dayandırsalar, batacaqlar".
Milli.Az