Ticarət mərkəzində partlayış törədib insanları girov götürdülər: 7 ölü

Ticarət mərkəzində partlayış törədib insanları girov götürdülər: 7 ölü
20:37 11 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdadda naməlum silahlılar çox sayda insanı girov götürüblər. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 7 nəfər ölüb.
 
İlkin məlumata əsasən, əvvəl ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb. Sonra isə silahlılar içəri daxil olaraq ticarət mərkəzində olan insanları girov götürüblər. Polis silahlıların üzərilərində "şəhid kəmər"lərinin olmasını güman edir. Reuters agentliyinin xəbərinə görə, hadisə nəticəsində 27 nəfər yaralanıb.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR