Daha bir küçənin təmiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Daha bir küçənin təmiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
19:33 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakının Nizami rayonunda Naxçıvanski küçəsinin Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospekti istiqamətinə doğru olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti yanvarın 13-də səhər saatlarından etibarən tam olaraq məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması orada aparılan təmir-tikinti işləri ilə əlaqədardır.
Yaranacaq müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR