Oğurlanmış futbolçunun həyat yoldaşı 6 gündən sonra buraxıldı

Oğurlanmış futbolçunun həyat yoldaşı 6 gündən sonra buraxıldı
17:07 13 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Hazırda BƏƏ-də təlim-məşq toplanışında olan Rusiyanın "Amkar" klubunun nigeriyalı futbolçu Feqor Oqudenin oğurlanmış həyat yoldaşı Maimunat sərbəst buraxılıb.

Fanat.az xəbər verir ki, o, ötən həftə Delta ştatının Varri şəhərindəki evində oğurlanmışdı. Oyunçunun sözlərinə görə, həyat yoldaşı uşaqları ilə gəzməyə gedibmiş. Məhz həmin vaxt oğrular onu qaçırıblar. Onun başqa şəhərdə tapılmış maşınındakı uşaqlarına isə toxunulmayıb.

Bazar ertəsi Nigeriya KİV-i digər ailələr və gənclər yığmasının mətbuat xidmətinin nümayəndəsi Timi Ebikaqboroya əsasən yazıb ki, Maimunat 6 gün oğrular tərəfindən saxlandıqdan sonra buraxılıb. Ancaq futbolçunun həyat yoldaşına görə onların tələb etdiyi pulu verib-vermədiyi bəlli deyil.

Qeyd edək ki, həyat yoldaşına görə, Feqor Oqude Perm klubundan icazə alaraq düşərgəyə gec qayıdacağını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR