Bakı, 13 yanvar, AZƏRTAC
2015-ci ilin dekabrında Azərbaycanda boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 13,5 faiz, qazın nəql edilməsi qiyməti isə 15,9 faiz bahalaşıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.