Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru ilə görüşüb

Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru ilə görüşüb
17:47 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub.
 
İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR