İstanbulda terror aktı nəticəsində ölən Almaniya vətəndaşlarının sayı 10-a çatıb

İstanbulda terror aktı nəticəsində ölən Almaniya vətəndaşlarının sayı 10-a çatıb
17:53 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
İstanbulun Sultanahmed meydanında tramvay dayanacağının qarşısında törədilən terror aktı nəticəsində həlak olan Almaniya vətəndaşlarının sayı 10 nəfərə çatıb.
AZƏRTAC RİA novosti agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə çərşənbə günü Berlində Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin nümayəndəsi Zavsan Şebli bildirib. Almaniya KİV-lərinin yaydığı məlumata görə, terror qurbanlarının əksəriyyəti eyni turist qrupunda olan pensiyaçılardır.
Bu arada Anadolu agentliyi məlumat yayıb ki, Türkiyənin daxili işlər nazirli Efkan Ala İstanbula gələn almaniyalı həmkarı Tomas de Mezyer ilə birgə mətbuat konfransı keçirib. E.Ala bildirib ki, hazırda xəstəxanalarda 11 yaralı var. Onlardan doqquzu Almaniya, digər ikisi isə Peru və Norveç vətəndaşlarıdır.
Xatırladaq ki, dünən İstanbulun mərkəzindəki Sultanahmed meydanında törədilən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_terror_akti_neticesinde_olen_Almaniya_vetendaslarinin_sayi_10_a_chatib-918151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR