Əsgər Abdullayevdən qələbə şərhi

Əsgər Abdullayevdən qələbə şərhi
15:47 14 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Bakıda təşkil olunan qış turniri çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:


"Şadam ki, qələbə qazandıq. Belə bir turnirin təşkil olunması doğru qərardır. "Neftçi"nin öz hazırlıq strategiyası var. Biz öz yetirmələrimizə şans verməyə çalışırıq. Bu gün də dəvət etdiyimiz gənclərə oynamaq şansı yaratdıq. Onlar da öz növbələrində çox çalışırlar, əsas heyətdə yer almaq istəyirlər". (CBC)


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR