Qısa zamanda dayanacaqlardakı monitorlarda “BakuBus” avtobuslarının fəaliyyəti barədə məlumat olacaq

Qısa zamanda dayanacaqlardakı monitorlarda “BakuBus” avtobuslarının fəaliyyəti barədə məlumat olacaq
15:58 14 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC
Qısa zamanda dayanacaqlardakı məlumat monitorlarında “BakuBus” MMC-nin avtobus marşrutlarının xətti və hərəkət qrafiki ilə bağlı məlumatlar öz əksini tapacaq.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı AZƏRTAC-ın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə bununla bağlı görülən işlər demək olar ki, yekunlaşıb. Avtobuslara izləmə cihazları quraşdırılıb, izləmə qurğularının dayanacaqlardakı məlumat monitorlarına inteqrasiyası başa çatıb.
Ş.Mehmanqızı bildirib ki, hal-hazırda avtobuslar və marşrut xətləri barədə məlumatlar monitorlara köçürülür və monitorlar sınaqdan keçirilir. Çox qısa zamanda “BakuBus” MMC-nin avtobusları da daxil olmaqla Bakıda fəaliyyət göstərən bütün avtobusların fəaliyyəti yeniliklərlə dayanacaqlardakı monitorlarda öz əksini tapacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qisa_zamanda_dayanacaqlardaki_monitorlarda_BakuBus_avtobuslarinin_fealiyyeti_barede_melumat_olacaq-918425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR