İstanbulda terror qurbanlarının xatirəsi yad edilib

İstanbulda terror qurbanlarının xatirəsi yad edilib
16:18 14 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də İstanbulun Sultan Əhməd rayonunda terror qurbanlarının xatirəsi yad edilib. Anım mərasimində təkcə Türkiyə ictimaiyyətinin nümayəndələri deyil, İstanbulda olan turistlər də iştirak ediblər. İnsanların həlak olduğu əraziyə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.
Ölkənin şərq və cənub-şərq bölgələrində vəziyyət daha da gərginləşib. PKK tərəfdarları, sözün əsl mənasında, dinc əhaliyə zülm edirlər. Yaşayış məntəqələrinin daxili yollarında qazılmış xəndəklər ciddi sosial problemlər yaradır. Terrorçular bölgədə normal həyat tərzini pozublar. Əhaliyə gündəlik tələbat malları zirehli maşınlarla daşınır. İnsanlara təcili tibbi yardım göstərilməsinə imkan verilmir.
Təhlükəsizlik qüvvələrinin Qaziantepdə keçirdiyi antiterror əməliyyatında İŞID-ə məxsus olduğu bildirilən 6 uzaqməsafəli simsiz telefon aparatı ələ keçirilib, ikisi xarici olmaqla 6 terrorçu həbs edilib. Balıkesirdə isə 5 İŞID-çı həbs olunub. İki gün əvvəl PKK və İŞID-ə məxsus bir neçə cəbbəxana ələ keçirilib. Terrorçu-kamikadzelər üçün xüsusi ləvazimatlar, o cümlədən gödəkcələr hazırlayan sexlər aşkarlanıb. Ölkənin ayrı-ayrı bölgələrində terror aktları törətmək hazırlığı görən qruplar zərərsizləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR