Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ildə valyuta satışını davam etdirir. Fond yanvarın 15-də Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə növbəti hərrac təşkil edəcək.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı vardır. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.
Dövlət Neft Fondu il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.