Bakı, 11 fevral, AzərTAc
2014-cü ildə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun büdcədənkənar xərci 1milyard 611,9 milyon manat təşkil edib.
Fonddan AzərTAc-a bildirilib ki, 2015-ci il yanvarın 1-ə Fondun aktivləri ötən ilin əvvəlinə (35 milyard 877,5 milyon ABŞ dolları) nisbətən 3,42 faiz artaraq 37 milyard 104,1 milyon ABŞ dollarına bərabər olub.