Analitiklər: Bu il ərzində neftin əvvəlki qiyməti nisbətən bərpa olunacaq

Analitiklər: Bu il ərzində neftin əvvəlki qiyməti nisbətən bərpa olunacaq
19:18 14 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 14 yanvar, AZƏRTAC
Dünya bazarı dərin böhran dövrünü yaşayır. Bu səbəbdən neftin bir barrelinin qiymətinin 20 dollara enəcəyi istisna deyil. Lakin bu vəziyyət uzun sürməyəcək. Rusiya analitiklərinin fikri belədir.
Analitiklər hesab edirlər ki, neftin kəskin ucuzlaşması, eyni zamanda, qiymətlərin yaxın gələcəkdə kəskin sıçrayışla yüksəlməsinə də səbəb ola bilər. Proqnozlara görə, əgər “Brent” markalı neftin bir barreli 20 dollardək ucuzlaşarsa, belə vəziyyət bir və ya iki həftədən çox davam etməyəcək. Belə ki, neft istehsalının səviyyəsi aşağı düşəcək və artıq cari ilin 4-cü rübündə bir barrel neftin qiyməti 48 dollaradək yüksələcək.
Analitiklərin əksəriyyəti 2016-cı il ərzində neftin əvvəlki qiymətinin nisbətən bərpa olunacağını iddia edirlər. “Qazprombank”ın analitiki Aleksandr Nazarovun sözlərinə görə, dünya bazarının hazırda reallıqdan uzaqlaşması təsəvvürü yaranıb. Ötən ilin ikinci yarısından neft satışının azalması və eyni zamanda, tələbatın artması müşahidə olunur. Satışın azalması fonunda neft sahəsinə sərmayələr, yeni neft yataqlarının kəşfi və işlənməsi azalır, tələbat isə artır. A.Nazarovun fikrincə, indi neftin son həddədək ucuzlaşması gələcəkdə onun qiymətinin kəskin qalxması ehtimalını yaradır: “ Əlbəttə, bir barrel üçün 100 dollaradək bahalaşma gözlənilməsə də, artıq bu il “Brent” markalı neftin bir barrelinin 45 dollardan yuxarı qiymətə satılacağı istisna deyil”.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Analitikler_Bu_il_erzinde_neftin_evvelki_qiymeti_nisbeten_berpa_olunacaq-918516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR