
Bunu ANS PRESS-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Müddətin 2 aya uzadılmasına səbəb həm də balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün əlavə vaxta ehtiyacıdır."

İradə İbrahimova-ETSN-in mətbuat katibi
Xatırladaq ki ,yanvarın 8-də səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirmişdi. Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri balıqovlama biletlərinin müddəti bitdiyindən ETSN tərəfindən balıq ovuna buraxılmamalarından narazılıq etmişdilər...

Neftçalada aksiya