Səfir: "Azərbaycanla birbaşa hava reyslərinin açılmasında maraqlıyıq" - FOTO

Səfir: "Azərbaycanla birbaşa hava reyslərinin açılmasında maraqlıyıq" - FOTO
15:12 15 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Koreya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Kim Çanq-gyu AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-Cənab səfir, bu il Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyi qeyd olunur. Azərbaycan-Koreya əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Mən hər iki ölkənin son 24 ildə əldə etdiyi diplomatik nailiyyətləri yüksək qiymətləndirirəm. Koreya-Azərbaycan əlaqələri iqtisadiyyat, mədəniyyət və digər sahələrdə sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına təkan verir. Koreyalı iş adamları Azərbaycanda yaradılan əlverişli biznes mühitindən faydalanırlar. Dörd minə yaxın azərbaycanlı və koreyalı iş adamı qarşılıqlı biznes mübadilələrini həyata keçirir. Hazırda əlaqələrimiz ən yüksək səviyyəyə çatıb. Biz müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin daha da inkişafı, fikir mübadilələrinin aparılması və xalqlarımızın qarşılıqlı anlaşmasının dərinləşməsinə daim diqqət yetiririk.

-Koreya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsi ölkələrimizin iqtisadi inkişaf templərinə və siyasi əlaqələrinə uyğundurmu?

-Hər iki ölkənin malik olduğu böyük potensialı nəzərə alsaq, əlbəttə ki, ticarət dövriyyəsinin həcmi bu potensialı əks etdirmir. Lakin ticarət artımının cari tempini nəzərə alsaq görərik ki, inkişaf uğurla gedir. Biz ticarət dövriyyəsinin həcminin daha da artırılması üçün səylərimizi gücləndirməliyik. İqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialımız mövcuddur. Koreyanın inkişaf etmiş və şaxələndirilmiş iqtisadiyyatı var. Son illər Azərbaycanın iqtisadiyyatında da sürətli inkişaf müşahidə olunur. Hər iki ölkədə savadlılığın səviyyəsi olduqca yüksəkdir. Biz hazırda istifadə olunmayan iqtisadi potensialımızı araşdırmalıyıq. Əminəm ki, ticari-iqtisadi əlaqələrin və qarşılıqlı sərmayə qoyuluşunun həcmi artacaq.

- Koreya iqtisadiyyatının uğurlarının əsasında nə dayanır?

- Koreya 1945-ci ildə müstəqillik əldə etdikdən sonra ölkə hökuməti milli parlament planı hazırladı. Təhsilin inkişafı hesabına insan resursundan daha səmərəli istifadəyə nail olundu. Ölkənin strateji planı iqtisadiyyatın gücləndirilməsinə yönəldi. Hökumətimiz ixracı artırmaq üçün xarici bazarlara bütün qapıları açdı. Koreyanın iqtisadi uğurlarının əsasında insan amili dayanır.

-Azərbaycanın əlverişli investisiya mühiti Koreya şirkətlərini də ölkəmizə cəlb edib. Bu şirkətlər daha hansı sahələrə investisiya yatırmağı nəzərdə tuturlar?

-Azərbaycan hökumətinin vergi, gömrük sistemlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi iqtisadi islahatlar təqdirəlayiqdir. Bu islahatlar şirkətlərin fəaliyyətinin inkişafına töhfə verəcək. Vergi, gömrük sistemlərinin, lisenziyaların verilməsinin qaydalarının sadələşdirilməsi Koreya şirkətlərinin Azərbaycana daha geniş sərmayə yatırmalarına şərait yaradacaq. Bizim kənd təsərrüfatı, tibbi xidmət, daşımalar, istehsal, turizm, informasiya-kommunikasiya texnologiyaları sahələrində uğurlu əməkdaşlığımız üçün hər cür imkanlar var. Mən bu il Koreyanın biznes nümayəndələrinin Azərbaycana daha çox investisiya yatırmaları üçün əlimdən gələni əsirgəməyəcəyəm. Ticarət əlaqələri, həyata keçirilən mübadilələr davamlı iqtisadi inkişafı təmin edəcək. Bu, Koreya şirkətləri üçün əlverişli sərmayə imkanı deməkdir.

-Səfirlik Koreyanı Azərbaycanda tanıtdırmaq və mədəni, humanitar əlaqələri gücləndirmək istiqamətində hansı işlər görür?

-Müasir siyasət dünyada gedən proseslərə cavab olaraq mədəni əlaqələri daha da gücləndirməyi tələb edir. Bizim əsas məqsədimiz Koreyanı Azərbaycanda yeni məcrada təqdim etməkdir. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan və Koreya xalqları eyni mədəni dəyərləri paylaşırlar. Mənim bu ölkədəki fəaliyyətimin əsasında mədəni əlaqələri daha da inkişaf etdirmək dayanır. Səfirlik ötən il mədəniyyət, incəsənət sahələrində bir çox tədbirlər həyata keçirib. Lakin biz səylərimizi daha da artırmalıyıq. Mən iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına töhfələrini verən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirirəm. Assosiasiyanın təşkilatçılığı ilə Azərbaycanda və Koreyada kitab sərgiləri, mədəni festivallar keçirilir. Gənc nəsil, xüsusilə də tələbələr arasında mübadilələrin həyata keçirilməsi olduqca vacibdir. İki ölkənin ali təhsil ocaqları arasında körpünün yaradılmasına çalışacağam.

-Azərbaycan və Koreya arasında birbaşa hava əlaqələrinin qurulması iqtisadi əməkdaşlığın inkişafına nə kimi töhfə verə bilər?

-Əfsuslar olsun ki, hazırda Azərbaycan və Koreya arasında birbaşa uçuş yoxdur. Biz ölkələrimiz arasında birbaşa uçuşların açılmasında maraqlıyıq. Bu, ikitərəfli əlaqələrin inkişafını daha da sürətləndirəcək və münasibətlərin genişləndirilməsində vacib rol oynayacaq. Biz birbaşa hava reyslərinin açılmasına dair azərbaycanlı həmkarlarımızla danışıqlar aparırıq. Düşünürəm ki, bu, atılacaq ilk konkret addımlardan biridir və bu istiqamətdə əlimdən gələni etməyə hazıram.

-Koreyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?

-Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi böyük problemdir. Mən münaqişənin çətinliklərini yaxşı başa düşürəm. Koreya hökuməti münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Arzu edirəm ki, ATƏT-in Minsk qrupu problemin tənzimlənməsi istiqamətində fəaliyyətini daha da artırsın. Koreya hökuməti Azərbaycanın qısa zaman ərzində problemin sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səyləri dəstəkləyir.

-Ölkələrimizin media qurumları arasında əməkdaşlıq barədə nə deyə bilərsiniz?

-Təbii ki, Azərbaycan ilə Koreya arasında mövcud olan yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini də əhatə edir. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Xüsusilə, indiki dövrdə informasiya agentlikləri arasında əməkdaşlıq çox vacibdir. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşüm zamanı bu agentliklə Koreyanın Yonhap agentliyi arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair səsləndirilən bütün fikirlərlə, irəli sürülən təkliflərlə tam razıyam. AZƏRTAC və Yonhap agentlikləri hər iki ölkənin əsas media qurumlarıdır. Bu əməkdaşlığın daha da gücləndirilməsi olduqca əhəmiyyətlidir. Hər iki agentliyin əməkdaşlığının inkişaf etdirilməsi üçün hər cür dəstək göstərməyə hazıram. Hesab edirəm ki, bu əlaqələrin genişləndirilməsi ölkələrimizin informasiya sahəsində əməkdaşlığının inkişafına mühüm töhfə verəcək. Ümidvaram ki, bu əməkdaşlıq sayəsində gələcəkdə birgə həyata keçirəcəyimiz layihələr bizi daha da yaxınlaşdıracaq.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanın İraqdakı konsulu İŞİD-dən xilas edilən uşaqlara baş çəkdi

25 Sentyabr 2017 10:09

Zaqatalada 3 hektar ərazi yandı

25 Sentyabr 2017 10:08

TANAP-ın Mərmərənin dibi ilə keçən hissəsinin tikintisinə start verilib

25 Sentyabr 2017 10:07

Fariz Nəcəfov: “Kim günhkardısa, ciddi şəkildə cəzalanacaq”

25 Sentyabr 2017 10:07

48 yaşlı kişi özünü turnikdən asdı - BAKIDA

25 Sentyabr 2017 10:04

AZƏRBAYCANLI müğənniyə AĞIR İTKİ

25 Sentyabr 2017 10:03

Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib

25 Sentyabr 2017 10:02

Zaqatala meşəsində baş verən yanğın söndürülüb

25 Sentyabr 2017 10:02

Millimizdə yeni futbolçu

25 Sentyabr 2017 09:57

BAKI: 695 bal toplayan tələbə bu ixtisası seçdi

25 Sentyabr 2017 09:56

Heydər Əliyev Sarayında "Məşhurlar və övladları"

25 Sentyabr 2017 09:54

Zavodda GÜCLÜ PARTLAYIŞ: 8 ölü, 30 yaralı

25 Sentyabr 2017 09:53

Bakıda 48 yaşlı kişi intihar edib

25 Sentyabr 2017 09:52

VALYUTA MƏZƏNNƏLƏRİ

25 Sentyabr 2017 09:48

İraqda sığınacaqda saxlanılan azərbaycanlı uşaqlardan birinin qohumları tapıldı - FOTO

25 Sentyabr 2017 09:48

Adriana Limanın yəhudi əsilli sevgilisi PİS VƏZİYYƏTDƏ QALDI - FOTO

25 Sentyabr 2017 09:48

Payız zövqünüzü bizimlə yeniləyin

25 Sentyabr 2017 09:47

Zaqatalada meşə yanğını söndürülüb

25 Sentyabr 2017 09:44

Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb

25 Sentyabr 2017 09:42

Cəbhədən son məlumat

25 Sentyabr 2017 09:41

Arda Turan sevgilisindən yenə ayrıldı - FOTO

25 Sentyabr 2017 09:39

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

25 Sentyabr 2017 09:38

Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib

25 Sentyabr 2017 09:37

Ramin Musayev: "Kişi kişini vurar da…"

25 Sentyabr 2017 09:37

Atəşkəs 148 dəfə pozulub

25 Sentyabr 2017 09:34

Tuba Büyüküstünün eks-ərindən ŞOK AÇIQLAMA: “Onun sevgilisi var deyə…”

25 Sentyabr 2017 09:33

Dünya birjalarında neft

25 Sentyabr 2017 09:31

Tarixi referendum başladı – KÜRDÜSTAN MÜSTƏQİL OLUR

25 Sentyabr 2017 09:29

Aydın Əliyev Ağdamda qəbul keçirəcək

25 Sentyabr 2017 09:28

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.09.2017)

25 Sentyabr 2017 09:27

AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsinin müzakirə edəcək

25 Sentyabr 2017 09:27

Erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozub

25 Sentyabr 2017 09:27

Mərkəzi Bank günün məzənnəsini

25 Sentyabr 2017 09:27

11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi

25 Sentyabr 2017 09:24

Tikintidə İNANILMAZ qəza: Dəmir qarnından girib başından çıxdı -VİDEO

25 Sentyabr 2017 09:23

"Yaxşı ki atama oxşamamışam" - məşhur müğənninin oğlu

25 Sentyabr 2017 09:19

Neft ucuzlaşdı

25 Sentyabr 2017 09:18

Sentyabrda necə geyinək?

25 Sentyabr 2017 09:14

Cüdoçularımız Avropa çempionatından 5 medalla qayıdır - FOTOLENT

25 Sentyabr 2017 09:09

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 09:07

ABŞ-da həbsxanada qiyam - Ölən və yaralananlar var

25 Sentyabr 2017 09:03

İran Qərbi Azərbaycanda təlimlərə başladı

25 Sentyabr 2017 08:38

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02