"Nar" beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

"Nar" beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır
17:32 15 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+

"Microsoft Imagine Cup" müsabiqəsinə qatılan komandalar ilə hazırlıq görüşü keçirildi.

Təhsil nazirliyi, "Microsoft Azerbaijan", "Nar" və Yüksək Texnologiyalar Parkı tərəfindən dəstəklənən "Microsoft Imagine Cup" müsabiqəsi dünya tələbələri arasında hər il keçirilən ən genişmiqyaslı innovasiya müsabiqələrindən biri sayılır. Bu il müsabiqənin milli seçim turuna 11 universiteti təmsil edən 20-dən çox komanda qatılıb.

Müsabiqədən öncə komandaların iştirakı ilə keçirilmiş hazırlıq görüşündə müsabiqənin əsas şərtləri bir daha qeyd edildi, tələbələrə faydalı məsləhətlər verildi, suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırıldı.

Qeyd edək "Microsoft İmagine Cup" müsabiqəsində tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə - "İnnovasiya", "Dünya vətəndaşlığı" və "Oyunlar" nominasiyaları üzrə yarışacaqlar. Müsabiqədə iştirak etmək üçün "Microsoft" platforması üzərində innovativ proqram layihəsi, müasir dövrün problemlərini həll edən tətbiqin prototipi və ya orijinal oyun hazırlamaq lazım idi.

Hər zaman təhsil və innovasiyaların, elm və mədəniyyətin inkişafına xüsusi önəm vermiş "Nar" özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində "Microsoft Imagine Cup" innovasiya müsabiqəsinin milli seçim turuna dəstək verməkdədir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/398296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR