"Pike "Barselona"nın xuliqanıdır"

"Pike "Barselona"nın xuliqanıdır"
18:37 15 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın tanınmış futbol mütəxəssisi Xavyer Klemente hazırda Liviya millisinin sükanı arxasındadır. Müəyyən vaxtlarda "Atletik Bilbao", "Atletiko" "Espanyol", "Real Sosyedad" klublarını çalışdıran Klemente son katalon derbisi (Espanyol-Barselona) və "Real" barədə sualları cavablandırıb. Milli.Az goal.az-a istinadən 65 yaşlı mütəxəssisin açıqlamalarını təqdim edir.

- Bu cür gərgin derbi gözləyirdiniz?

- Barselona derbisi həmişə belə keçir. Bu, bir şoudur. Daha sonra onu tamamlayan açıqlamalar gəlir. Meydandan baş verənlər elə orda qalmalıdır.

- "Espanyol"un futbolçusu Pape Diop və Pikenin sözlərinə münasibətiniz.

- Hər ikisi səhv etdi. Pike bəzən fanat və ya xuliqan kimi özünü aparır. O, "Barselona"nın xuliqanıdır. O, İspaniya millisi və klubu üçün vacib oyunçu olduğunu anlamalıdır. Azarkeş kimi hərəkətlərə son verməlidir.

- Benitezin istefası barədə nə düşünürsüz?

- Bunun hansı səbəbdən baş verdiyini anlayıram. Amma həmin qərarı peşəkar məşqçi kimi qəbul edə bilmirəm. Nəticələrə əsasən məşçinin istefaya göndərilməsinə razı deyiləm. Məsuliyyətin az bir hissəsi məşqçinin üzərinə düşür. Klub prezidenti söz sahibidir və istədiyini edir.

- İspaniyaya qayıtmaq istərdinizmi?

- Əlbəttə. "Betis"ə getməyim çətindir. "Əndəlus" klubunda karyeram (1998-1999) yaxşı alınmadı. Komanda Avrokuboklara vəsiqə qazanmadı deyə məni istefaya göndərdilər. Argentinalı məşqçini gətirdilər. İspaniyadan təklif almasam, təqaüdə çıxacam.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR