"Report" xəbər verir ki, bu barədə "Global Hunger Index"in (Qlobal Aclıq İndeksi) illik hesabatında məlumat verilir.
Məlumata görə, Azərbaycanın indeksi 10 bal təşkil edir (ümumi əhalinin 1,7%-i). Bu göstərici ilə ölkəmiz ölkə əhalisinin aclıq dərəcəsinə görə orta səviyyəyə malikdir.
Eyni zamanda, 2005-ci ilin göstəricisi ilə müqayisədə ölkəmiz göstəricisini 6,7 bal yaxşılaşdırıb. Azərbaycan həmçinin uşaqların qidalanması və uşaq ölümü göstəricilərini də yaxşılaşdırıb.
Region ölkələri arasında ən yaxşı göstərici Türkiyədədir - 5,1 bal. İran 6,8, Gürcüstan isə 8,5 balla sonrakı sıralarda qərarlaşıb. Ermənistanda bu göstərici 11,2 bal (əhalinin 5,8%-i) təşkil edir. Eyni zamanda bu ölkədə inkişafdan qalmış uşaqların səviyyəsi 18,2 faizdən 20,8 faizə qədər artıb.
Bu İndeksdə ən pis göstəricilər Afrika ölkələrindədir: Çad (46,4%), Mərkəzi Afrika Respublikası (46,9%), Zambiya (41,1%).