Burkino-Faso: terror qurbanlarının sayı 25 nəfərə çatıb

Burkino-Faso: terror qurbanlarının sayı 25 nəfərə çatıb
17:08 16 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Burkino-Fasonun paytaxtında törədilən terror aktı qurbanlarının sayı 25 nəfərə çatıb, 33 nəfər yaralanıb. Həlak olanlar 18 ölkənin vətəndaşlarıdır. Bu barədə AFP agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatın gedişində oteldə terrorçular tərəfindən girov götürülən şəxslərdən 128-i xilas edilib. Həmçinin dörd yaraqlı öldürülüb. Əməliyyatların aktiv fazasının başa çatdığı bildirilir.
Xatırladaq ki, yanvarın 16-na keçən gecə naməlum şəxslər əvvəlcə kafeyə hücum edib, daha sonra onun qarşısındakı Splendid otelində insanları girov götürüblər. Bu oteldə əsasən Qərb ölkələrinin nümayəndələri, o cümlədən BMT-nin əməkdaşları qalırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Burkino_Faso_terror_qurbanlarinin_sayi_25_nefere_chatib-919084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR