"Avtovağzal" metro stansiyası ilin birinci yarısında istifadəyə veriləcək.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq stansiyada tamamlanma işləri aparılır:

""Avtovağzal" metro stansiyası ilin birinci yarısına qədər vətəndaşların ixtiyarında olacaq. Stansiyada tamamlanma işləri aparılır. Piramidanı xatırladan stansiyanın giriş hissəsi tamamilə hazırdır".

Qeyd edək ki, uzunluğu 2 km 200 metr olan stansiya 6 giriş-çıxışdan ibarətdir. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir. Qatarların hərəkəti üçün relslərin quraşdırılması işləri isə başa çatıb.

Yeni stansiya 25 il istismar müddəti olan eskalatorlarla təmin ediləcək.

Milli.Az