Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 20 Yanvar faciəsinə həsr olunan sənədli film hazırlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev deyib.
O bildirib ki, film 20 Yanvar faciəsinin canlı şahidi olan dənizçilərin və onların yaxınlarının fikirləri əsasında hazırlanacaq. Filmdə faciə zamanı xalqın göstərdiyi qəhrəmanlıqdan, ona qarşı törədilən amansızlıqdan, dənizçilərin göstərdiyi şücaətdən, xalqla olan həmrəylindən bəhs olunacaq.