Bakı, 19 yanvar, AZƏRTAC
Bu gün Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsində ilk oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Polşada "Muşina" komandasının qonağı olacaq. Görüşü rusiyalı baş hakim Aleksandr Pavlov idarə edəcək. Ona danimarkalı həmkarı Enqborq Morten Klein kömək edəcək.
Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste" və Finlandiyanın "Salo" klublarını yarışdan kənarlaşdırıb.