Yanvarın 18-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarına 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı rejissor Vahid Mustafayevin "Qanlı Yanvar" filmi nümayiş olunub.

Filmdən əvvəl QKDK-nın sədr müavini İlqar Muradov çıxışında 1990-cı il 20 Yanvar faciəsinin görünməmiş qəddarlıqla insanlıq əleyhinə dəhşətli cinayət olduğundan, lakin xalqımızın milli qürurunu qıra bilmədiyindən danışıb.

Sonra tədbir iştirakçılarına 20 yanvar hadisələrindən bəhs edən "Qanlı Yanvar" bədii filmi nümayiş olunub.

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO