Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uludağda konsert verən ifaçı fasilələr zamanı tamaşaçılarıyla söhbət edib. Sərdar üzünü gənclərə tutaraq “Qətiyyən evlənməyin” deyə xəbərdarlıq edib. Buna isə belə aydınlıq gətirib:
“Peşman olduğum üçün bunu söyləmirəm. Əksinə, həyatımın ən xoşbəxt günlərini yaşayıram. Amma evlənəndən sonra heç kimə “canım, balım, həyatım” deyə bilmirsən. Üstəlik, qızlara da toxunmaq qadağandır”.