Astara, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında kross qaçışı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, idmançıların 1 kilometr məsafəyə qaçışında birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq oğlanlar arasında İlqar Kakayev (Siyəku kənd tam orta məktəbi), Əliağa Nəsirov (şəhər 2 nömrəli tam orta məktəbi), Peyman Kamalov (Siyəku kənd tam orta məktəbi), qızlar arasında Sabina Miraşiçenko (şəhər 2 nömrəli tam orta məktəbi), Aysun Razayev (şəhər 3 nömrəli tam orta məktəbi), Ramilə Seyidəliyeva (şəhər 3 nömrəli tam orta məktəbi) sahib olublar.
Yeniyetmələrin 2 kilometr məsafəyə qaçışında isə Hənifə Məmmədov (şəhər 2 nömrəli tam orta məktəbi), Anar Zöhrablı (Olimpiya İdman Kompleksi) və Ruslan Əliyev (şəhər 4 nömrəli tam orta məktəbi) fərqləniblər.
Qaliblər Astara Rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin diplom və medalları ilə mükafatlandırılıblar.

Astarada kross qaçışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb