Obama və Ərdoğan İŞİD-i məhv etmək niyyətlərini təsdiq ediblər
Paylaş
·43 baxış·1 dəq oxu
Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan "İraq-Şam İslam Dövləti" terror qruplaşmasını (İŞİD) məhv etmək cəhdlərini təsdiq ediblər. "Report" xəbər verir ki, bu barədə iki ölkə prezidenti telefonda söhbət edib. Ağ evin yaydığı məlumata görə, Obama PKK-nın Türkiyə güc strukturu əməkdaşlarına hücumunu pisləyib və münaqişəni gərginləşdirməməyin zəruri olduğunu qeyd edib.