Bakı, 20 yanvar, AZƏRTAC
Müstəqilliyimizin bərpa olunmasında şəhidlərimizin xidməti əvəzsizdir.
Bu sözləri 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarətə gələn şair Rizvan Axundov AZƏRTAC-a müsahibəsində deyib.
R.Axundov qeyd edib ki, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarımız hər zaman bizim qəlbimizdədir. 20 Yanvar xalqımızın milli azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Şəhidlərimizin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, xalqımızın yaddaşına əbədi həkk olunub. Şəhidlərimiz dünyadan köçsələr də, biz gənclərin qəlbində daim yaşayacaqlar.