Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar şəhidlərinin qəhrəmanlığı milli qürur mənbəyimizdir. 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunub.
Bu sözləri Şəhidlər xiyabanını ziyarət edən Şuşa rayon 10 nömrəli məktəbin müəllimi Akif Quliyev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin həm şərəfli və həm də faciəli tarixi olaraq milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olub. Bu hadisələr xalqımızın müstəqillik yolunda mübarizə əzmini qıra bilmədi. Gənc nəsil də xalqımızın tarixinə hüzn və qürur günü kimi daxil olan bu günü unutmamalıdır.