"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yoxlamalar Rostov və Volqoqrad vilayətlərindəki hərbi hissələrdə keçirilir. Bu tədbirə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 4-cü Ordusunun komandanı general-leytenant Viktor Sevoctyanov başçılıq edir.