Müğənni Nura Suri sosial şəbəkə vasitəsi ilə aparıcılara sərt ismarış göndərib. Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədəki səhifəsində böhrana görə müğənniləri hədəfə alan aparıcıları qınayıb: “Ölkəmizdə hamının problemi müğənnilərlədir. Dünyadakı böhranın səbəbi də Azərbaycan müğənniləridir. Hamı mələkdir, safdır, təmizdir, bircə müğənnilərdən başqa... Müğənnilərin dərdi-bəlası sizə gəlsin! Aparıcıların canına nə düşüb bilmirəm. Başqa mövzu tapa bilmirlər? Nə qədər olar axı?”.