Bakı. 23 yanvar. REPORT.AZ/ Bülbülə qəsəbə sakininin evindən 1725 manat dəyərində qızıl əşyalar oğurlayan şəxs tutulub.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrında Bülbülə qəsəbə sakini Gülnar Kaltayevanın evindən 1 725 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Mətləb Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.