Müğənni Manaf Ağayev efirdə dəbdəbəli evini nümayiş etdirəndən sonra tənqid atəşinə tutulub.

Big.az xəbər verir ki, tənqidlərə cavab verən Manaf Ağayev bildirib ki, harada yaşamasından asılı olmayaraq evini həmişə nümayiş etdirib:

"Sonra da deyirlər ki, müğənni camaata evini göstərir. Amma elə deyil. Mənim də ağır günlərim olub. Bakıya gələndə yeməyə çörək, qalmağa yerimiz yox idi. 3 uşaq, həyat yoldaşım, anam və özüm - 6 nəfər yataqxanada bir balaca otağa sığınmışdıq. Amma yenə də evimi nümayiş etdirməkdən utanmırdım. Harada yaşamışamsa, evimi nümayiş etdirməkdən utanmamışam. "Xruşşovka"da yaşayanda da evimi hamıya göstərirdim. Mən öz evimi göstərmişəm, özgəninkini yox".

Qeyd edək ki, Manaf Ağayev bunu Space televiziyasında yayımlanan "Bir sevgi tarixçəsində" verilişində bildirib.

Milli.Az