Bakı, 25 yanvar, AZƏRTAC
Ötən il ölkədə 6266 hüquqi şəxs (nümayəndəlik və filiallar) qeydiyyatdan keçib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslərin 53,8 faizi Bakının, 11,9 faizi Aran bölgəsinin, 10,8 faizi Lənkəranın, 8,1 faizi Abşeronun, 5,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarının, qalanları isə digər regionların payına düşüb.
Bundan əlavə, 2015-ci ildə ölkənin vergi orqanlarında 70 min 974 fiziki şəxs qeydiyyata alınıb. Qeydiyyata alınan fiziki şəxslər əsasən Bakı, Aran zonası, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyatdan keçib.