Türkiyənin Adana şəhərində 24 gündür axtarılan Ali Yiğit adlı şəxsin dostu tərəfindən öldürülərək sahildə basdırıldığı məlum olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı Ali Yiğit adlı şəxs 2016-cı ilin yanvar ayının 3-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəncin ailəsi polisə xəbər verib.
Axtarışlar nəticəsində Ali Yiğitin dostu tərəfindən öldürülərək sahildə basdırıldığı məlum olub. Mərhumun dostu polislər tərəfindən tutulub.
Qatil açıqlamasında: "Ali mənim həyat yoldaşım ilə əvvəlcə dost olub. Xanımımın çılpaq şəkillərini dostlarıma yayaraq məni rüsvay edib", - deyib.
Cinayətkar ifadəsi alındıqdan sonra həbsxanaya göndərilib.
Milli.Az

