Aparıcı Elgiz Əkbər bundan sonra ANS-də yayımlanan “Günəbaxan” verilişinə aparıcılıq etməyəcək.

Axşam.az-ın məlumatına görə, efirə onun əvəzinə aparıcı Murad Əzimzadə çıxacaq.

Qeyd edək ki, Murad Əzimzadə “Ağıl dəryası” verilişinin aparıcısıdır.

Elgiz Əkbər açıqlamasında bir müddətlik məzuniyyətə çıxdığını, hamilə həyat yoldaşına çox vaxt ayırmaq istədiyini bildirmişdi.

Elgiz Əkbəri o əvəz edəcək - Foto