Nazir qeyd edib ki, bu istiqraz emissiyası 2 mlrd. dollar həcmində proqnozlaşdırılır.
O bildirib ki, həmin istiqrazlar üzrə dövlət zəmanəti təqdim edilə bilər: "Cənub Qaz Dəhlizi" şirkəti tərəfindən artıq maliyyə məsləhətçisi cəlb olunub. İstiqrazların buraxılması üçün aparıcı menecerlər də seçilib. Bu, 3 bankdır - "Citi Bank", "UniCredit", "JP Morgan"dır".
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" şirkətində İqtisadiyyat Nazirliyi 51%, SOCAR isə 49% paya malikdir.