Qeyd olunub ki, Dövlət Neft Fondunun daşınmaz əmlakla bağlı investisiyalarında məqsəd aşağı və ya orta riskli əmlaka investisiya etməklə portfelin diversifikasiyasına nail olmaqdır.
"Neft Fondu hələ bu yatırımlara başlamazdan öncə Fondun son hədəfi bu maliyyə alətində bir çox istiqamətləri özündə əks etdirən geniş şaxəli portfelin qurulması olub. Fond bu istiqamətdə birbaşa daşınmaz əmlak imkanları ilə yanaşı, daşınmaz əmlak fondlarına investisiyalara da başlayıb. Bu yatırımlar ARDNF üçün həm coğrafi olaraq, həm daşınmaz əmlakın inşaat durumu olaraq (hazır və ya tikilməkdə olan), həm əmlakdan istifadə təyinatı olaraq (ofis, ticarət logistika və s.) geniş imkanlar yaratmaqla yanaşı, gəlirliliyin daha da artırılmasında önəmli vasitə olacaq", - deyə Fonddan bildirilib.
Qeyd edək ki, ARDNF-in 2016-cı il üzrə təsdiqlənmiş investisiya siyasətinə əsasən, Fondun investisiya portfelində daşınmaz əmlaka investisiyaların payı 5%-dən 10%-ə qaldırılıb.