A+
A–

Bakı, 29 yanvar, AZƏRTAC
132-134 nömrəli Təhsil Kompleksinin ABŞ-da beynəlxalq elm və mühəndislik sərgisi çərçivəsində təşkil olunan “Sabahın alimləri” V Respublika müsabiqəsində layihələrlə iştirak edən yuxarı sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Qarayev adına Fiziologiya İnstitutunun alimləri ilə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru Ulduz Həşimova elmlə təhsilin sıx əlaqəsinin respublikamızda elmin uğurlu gələcəyi üçün əhəmiyyətini qeyd edib, məktəblilərin müxtəlif elmi müsabiqələrdə iştirakının vacibliyini vurğulayıb.
Sonra şagirdlərin təqdim etdikləri “Sağlam həyat tərzi layihəsi - sağlam nəsil” ətrafında müzakirələr aparılıb, institutun mütəxəssisləri məktəblilərə tövsiyələrini veriblər.