A–
Bakı, 30 yanvar, AZƏRTAC
İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və BVF arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin bu mənfi təsirlərin minimuma endirilməsi tədbirləri və ölkənin iqtisadi siyasətindəki prioritetlərə dair müzakirələr aparılıb.