A+
A–

Daşkənd, 30 yanvar, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə Azərbaycanın xalq yazıçısı Anarın kitabı özbək dilində çap ediləcək. Kitaba yazıçının “Dantenin yubileyi” povesti, “Dədə Qorqud” kinopovesti və hekayələri daxildir.
Kitabı orijinaldan ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar tərcümə edib.
U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatını özbək dilinə tərcümə edir. O, Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, Elçinin “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı”, “Toyuğun diri qalması” povestlərini, digər Azərbaycan yazıçılarının əsərlərini özbək dilində nəşr etdirib.
Son illərdə Usman Kuçkarın tərcüməsində Sabir Rüstəmxanlının “Göy tanrı” romanı, Anarın “Qırmızı limuzin” hekayələr kitabı, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları, Hidayətin şeirlər toplusu özbək dilində işıq üzü görüb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd