Fransa millisinin sabiq futbolçusu Floren Maludanın yeni klubu bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Misirdə davam etdirəcək.

Təcrübəli yarımmüdafiəçi mövsümünü sonuna qədər "Vaqi Deqla" klubunda çıxış edəcək.

Qeyd edək ki, Maluda son olaraq Hindistanın "Dehli Dinamos" klubunda çıxış edib.

Milli.Az