A–
Bakı, 30 yanvar, AZƏRTAC
Sahibkarlara güzəştli kreditlərin verilməsi vacib məsələdir. Güzəştli kreditlərin verilməsi sahibkarları gələcəkdə daha yaxşı işləməyə ruhlandıracaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində sahibkar Tacirə İsmayılova deyib. O qeyd edib ki, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, inzibati prosedurların sadələşdirilməsi sahəsində atılan addımlar sahibkarlar tərəfindən razılıqla qarşılanır. “Buna görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Biz Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss edirik”, - deyə Tacirə İsmayılova bildirib.