Tovuzda evi qarət edən şəxslər 20 manat pul aparıblar
Paylaş
69 baxış·1 dəq oxu
Bakı. 1 fevral. REPORT.AZ/ Tovuz şəhərində oğurluq hadisəsi baş verib. "Report"-un məlumatına görə, hadisə Xaqani Əliyevə məxsus evdə qeydə alınıb. Ev sahibinin sözlərine görə, qarət məqsədi ilə evə daxil olan "qəhrəmanlar" iyirmi manat nəğd pul ve göz muncuğu aparıblar. Oğruların kimliyi hələlik məlum deyil.