A–
Bakı, 1 fevral, AZƏRTAC
“Bank of Baku” bir müddət əvvəl təqdim etdiyi və müştərilərinə daha böyük üstünlüklər qazandırdığı yeni Bolkart kredit kartlarından istifadənin stimullaşdırılmasına başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, köhnə Bolkart sahibi olan müştərilər indi bankın istənilən filialına yaxınlaşmaqla yeni Bolkartın rəsmiləşdirilməsi üçün müraciət edə bilərlər. Yeni Bolkartı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə bankın istənilən filialına müraciət etməlidirlər.
Köhnə Bolkart kredit kartlarının şərtlərində müəyyən dəyişikliklərin olması nəzərdə tutulub. Dəyişikliklər əsasən, kartlardan istifadə və ödəniş aktivliyindən asılı olaraq yanvarın 28-dən tətbiq olunmağa başlayıb.