Bu gecə, fevralın 1-i, saat 1-də tanınmış teleaparıcı Elgiz Əkbər ata olub.

Uşaq Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasının doğum şöbəsində dünyaya gəlib. Dövlət xəstəxanasında anadan olan körpənin çəkisi 3 kq, boyu 50 sm-dir.

Həm ana, həm uşaq özlərini yaxşı hiss edir.

Axşam.az-ın məlumatına görə, publika.az-a açıqlama verən Elgiz Əkbər xəbəri təsdiqləyib və tibb personalının əməkdaşlarına minnətdarlığını bildirib.

40 yaşında ata olan jurnalist qızının adını Lalə qoyub.