Aparıcı ANS PRESS-ə açıqlamasında qız atası olduğunu deyib. Onun sözlərinə görə, körpə bu gecə dünyaya gəlib. Elgiz qızına Lalə adını verib. "Uşaq gecə saat 01 radələrində dümnyaya gəlib. Çəkisi 3 kq-dır. Çox həyəcanlıyam. Sanki mənə baxıb gülümsədi".
Qızını Lalə adlandırmasına gəlincə isə o , deyib ki, hələ subay zamanlarından iki addan xoşu gəlib. Bunlardan biri Lalə idi.
Qeyd edək ki, aparıcı ata olacağı barədə məlumatı efirdə demişdi. O, bir müddət öncə həyat yoldaşının yanında olmaq üçün məzuniyyətə çıxdığını açıqlamışdı.

Elgiz Əkbər və onun həyat yoldaşı Əsmər
Elgiz Əkbər bu ötən ilin may ayının 9-da Əsmər adlı xanımla ailə qurub. "Günə Baxan" verilişinin aparıcısının media üçün qapalı olan toyu səsli-küylü keçib. Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov idi.